Sabah Azərbaycanda yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq Dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir
Ekologiya
23 Fevral , 2016 12:25
Sabah Azərbaycanda yağış yağacaq

Bakı. 23 fevral. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında fevralın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah bəzi yerlərdə yağış yağacaq, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz yağıntıda qısa fasilə yaranacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 24-26-da Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Son xəbərlər

Orphus sistemi