Sabah Azərbaycanda yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir
Ekologiya
2 Mart , 2015 12:28
Sabah Azərbaycanda yağış yağacaq

Bakı. 2 mart. REPORT.AZ/ Martın 3-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a deyib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycan rayonlarında da fasilələrlə yağış yağacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.           

Son xəbərlər

Orphus sistemi