Sabah Azərbaycanda yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq Bakıda şimal küləyi əsəcək
Ekologiya
15 Sentyabr , 2015 12:54
Sabah Azərbaycanda yağış yağacaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ Sentyabrın 16-də Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, sabah paytaxtda şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 26-29 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi