Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
5 Oktyabr , 2015 12:57
Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumata görə, oktyabrın 6-da yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 21-26, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında isə gecə və səhər bəzi yerlədə şimşək çaxacağı, arabir yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 12-18 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi