Bakı. 15 aprel. REPORT.AZ/ Aprelin 16-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, axşama bəzi cənub rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 22 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 7-13, bəzi yerlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir.