Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Bakıda hava şəraiti gün ərzində əsasən yağmursuz keçəcək
Ekologiya
15 May , 2015 12:47
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 15 may. REPORT.AZ/ Mayın 16-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 21-26 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, mayın 16-17-də Abşeron yarımadasında meteoroloji amillər mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq.

Son xəbərlər

Orphus sistemi