Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Havanın temperaturunun gecə 7-12, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir
Ekologiya
5 May , 2015 13:14
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 5 may. REPORT.AZ/ Mayın 6-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 6-8-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Son xəbərlər

Orphus sistemi