Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Azərbaycanın rayonlarında 37 dərəcə isti olacaq
Ekologiya
17 İyun , 2015 13:09
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 17 iyun. REPORT.AZ/ Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, iyunun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 28-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, amma gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi