Sabah Azərbaycanda intensiv qar yağışı davam edəcək, yollar buz bağlayacaq

Sabah Azərbaycanda intensiv qar yağışı davam edəcək, yollar buz bağlayacaq Qarın axşama doğru kəsiləcəyi gözlənilir
Ekologiya
25 Yanvar , 2016 12:09
Sabah Azərbaycanda intensiv qar yağışı davam edəcək, yollar buz bağlayacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, axşama doğru kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, paytaxtda və yarımadada güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 0-3 şaxta, gündüz 0-2 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq.

Yanvarın 26-da Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi rayonlarda intensiv olacağı ehtimal var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Son xəbərlər

Orphus sistemi