Sabah Azərbaycanda havanın temperaturu aşağı düşəcək, yağış yağacaq

Sabah Azərbaycanda havanın temperaturu aşağı düşəcək, yağış yağacaq Bakıda gecə 22-24, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir
Ekologiya
27 İyul , 2016 12:24
Sabah Azərbaycanda havanın temperaturu aşağı düşəcək, yağış yağacaq

Bakı. 27 iyul. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, iyulun 28-də paytaxt və yarımadanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 22-24, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 10-14, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi