Sabah Azərbaycanda havanın temperaturu aşağı düşəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Sabah Azərbaycanda havanın temperaturu aşağı düşəcək, yağış yağacaq - XƏBƏRDARLIQ Yağıntı bəzi yerlərdə intensiv olacaq, çaylarda sululuq artacaq, dağlıq ərazilərdə dolu düşəcək
Ekologiya
11 Oktyabr , 2016 12:31
Sabah Azərbaycanda havanın temperaturu aşağı düşəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Bakı. 11 oktyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

“Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 12-də mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 18-22 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 15-17, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlığa görə, oktyabrın 12-13-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 12-13-də Abşeron yarımadasında meteoroloji amillər zəif və mülayim tərəddüdlü əsasən əlverişli olsa da, havada rütubətin normadan çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Son xəbərlər

Orphus sistemi