Bakı. 27 iyun. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında iyunun 28-də hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.