Sabah Azərbaycanda havanın temperaturu 33 dərəcəyədək artacaq

Sabah Azərbaycanda havanın temperaturu 33 dərəcəyədək artacaq Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir
Ekologiya
29 İyul , 2016 12:33
Sabah Azərbaycanda havanın temperaturu 33 dərəcəyədək artacaq

Bakı. 29 iyul. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, iyulun 30-da paytaxt və yarımadada şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 27-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi