Sabah Azərbaycanda havanın temperaturu 19 dərəcəyədək yüksələcək

Sabah Azərbaycanda havanın temperaturu 19 dərəcəyədək yüksələcək Cənub küləyi əsəcək
Ekologiya
31 Mart , 2016 11:37
Sabah Azərbaycanda havanın temperaturu 19 dərəcəyədək yüksələcək

Bakı. 31 mart. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında aprelin 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.

Gündüz cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah bəzi yerlərdə yağış yağacaq, dağlıq rayonlarda qar yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Son xəbərlər

Orphus sistemi