Sabah Azərbaycanda hava yağıntılı olacaq

Sabah Azərbaycanda hava yağıntılı olacaq Bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq
Ekologiya
17 Fevral , 2015 12:26
Sabah Azərbaycanda hava yağıntılı olacaq

Bakı. 17 fevral. REPORT.AZ/ Fevralın 18-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a deyib ki, sabah Bakıda və Abşeron yarımadasında tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 0-2 dərəcə isti, gündüz 2-4 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi