Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq Bakıda havanın temperaturu gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq
Ekologiya
18 İyun , 2015 12:32
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

Bakı. 18 iyun. REPORT.AZ/ Sabah Azərbaycanın rayonlarında 38 dərəcə isti olacaq. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. 

O bildirib ki, iyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Paytaxtda şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, amma gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi