Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək
Ekologiya
5 Sentyabr , 2015 12:36
Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Bakı. 5 sentyabr. REPORT.AZ/Sabah Bakıda 35 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumata görə, sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 33-35 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi