Sabah Azərbaycan rayonlarında qar yağacaq

Sabah Azərbaycan rayonlarında qar yağacaq Havanın temperaturunun gecə 5-7, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir
Ekologiya
22 Noyabr , 2014 12:43
Sabah Azərbaycan rayonlarında qar yağacaq

Bakı. 22 noyabr. REPORT.AZ/ Sabah - noyabrın 23-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimal olunur. Güclü şimal-qərb, şimal küləyi əsəcək. "Report" xəbər  verir ki, bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatda bildirilir. 

Havanın temperaturunun gecə və gündüz 4-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabaha hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi