Sabah Azərbaycan rayonlarında yağış yağacaq, şimşək çaxacaq

Sabah Azərbaycan rayonlarında yağış yağacaq, şimşək çaxacaq Abşeron yarımadasının bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var
Ekologiya
31 Avqust , 2015 12:50
Sabah Azərbaycan rayonlarında yağış yağacaq, şimşək çaxacaq

Bakı. 31 avqust. REPORT.AZ/ Sabah Bakıda 28 dərəcə isti olacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər Abşeron yarımadasının bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 24-28, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacaq.

Sentyabrın 1-də Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi