Sabah Azərbaycan rayonlarında 40 dərəcəyə yaxın isti olacaq

Sabah Azərbaycan rayonlarında 40 dərəcəyə yaxın isti olacaq Bakıda isə gecə 22-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir
Ekologiya
8 İyul , 2015 12:27
Sabah Azərbaycan rayonlarında 40 dərəcəyə yaxın isti olacaq

Bakı. 8 iyul. REPORT.AZ/ İyulun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah paytaxtda şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25, gündüz 30-35 dərəcə isti olacaq.

İyulun 9-da Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi