Sabah Azərbaycan rayonlarında 35 dərəcə isti olacaq

Sabah Azərbaycan rayonlarında 35 dərəcə isti olacaq Axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir
Ekologiya
1 Sentyabr , 2015 12:52
Sabah Azərbaycan rayonlarında 35 dərəcə isti olacaq

Bakı. 1 sentyabr. REPORT.AZ/ Sabah Bakıda 30 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 26-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq.

Sentyabrın 2-də Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 18-22 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza görə, sentyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişsiz olsa da, sentyabrın 3-də gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Son xəbərlər

Orphus sistemi