Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək
Ekologiya
12 Noyabr , 2015 12:38
Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, noyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 14-17, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi