Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb Bakıda 14 dərəcə isti olacaq
Ekologiya
28 Oktyabr , 2015 12:25
Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 12-15, Bakıda gecə 10-12, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 12-16, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi