Sabah Azərbaycan ərazisində havanın temperaturu aşağı düşəcək

Sabah Azərbaycan ərazisində havanın temperaturu aşağı düşəcək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var
Ekologiya
6 Noyabr , 2015 12:37
Sabah Azərbaycan ərazisində havanın temperaturu aşağı düşəcək

Bakı. 6 noyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində havanın temperaturu aşağı düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 11-14, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15, dağlarda gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi meteoroloji məlumata əsasən, noyabrın 7-9 da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddütü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Son xəbərlər

Orphus sistemi