Sabah Azərbaycan ərazisində hava şəraiti yağmursuz olacaq

Sabah Azərbaycan ərazisində hava şəraiti yağmursuz olacaq Gündüz saatlarında gilavar küləyinin arabir güclənməsi meteohəssas insanlarda narahatlıq yarada bilər
Ekologiya
20 Noyabr , 2015 12:59
Sabah Azərbaycan ərazisində hava şəraiti yağmursuz olacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində hava şəraiti yağmursuz olacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, noyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 13-16, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 21-22-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, gündüz saatlarında gilavar küləyinin arabir güclənməsi narahatlıq yarada bilər.

Son xəbərlər

Orphus sistemi