Sabah axşam Bakıda yağıntılar kəsiləcək

Sabah axşam Bakıda yağıntılar kəsiləcək Azərbaycan rayonlarında fasilələrlə yağıntılar olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir
Ekologiya
21 Fevral , 2015 12:37
Sabah axşam Bakıda yağıntılar kəsiləcək

Bakı. 21 fevral. REPORT.AZ/ İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a deyib ki, fevralın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyinin axşama doğru mülayimləşəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacaq.

Fevralın 22-də Azərbaycan rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi, ayrı-ayrı yerlərdə duman olacağı, qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturu aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 7-12 şaxta, gündüz 2-6 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

O, həmçinin qeyd edib ki, fevralın 23-dək ölkə ərazisində güclü küləkli, soyuq, fasilələrlə yağıntılı, qarlı hava şəraitinin davam edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi