Qubada güclü qar rayonun 8 kəndi ilə nəqliyyat əlaqəsini kəsib

Qubada güclü qar rayonun 8 kəndi ilə nəqliyyat əlaqəsini kəsib Hazırda qarın yağması davam edir
Ekologiya
18 Oktyabr , 2016 08:27
Qubada güclü qar rayonun 8 kəndi ilə nəqliyyat əlaqəsini kəsib

Quba. 18 oktyabr. REPORT.AZ/ Qubaya yağan güclü qar rayonun 8 kəndi ilə nəqliyyat əlaqəsini kəsib.

"Report"un Şimal bürosu xəbər verir ki, oktyabrın 16-dan 17-ə keçən gecədən başlayaraq yağan yağış sonra qara çevrilib.

Xınalıq kənd sakinlərinin verdiyi məlumata görə, qarın hündürlüyü 50 santimetdən çoxdur. Hazırda qonşu kəndlərdə də eyni vəziyyətdir.

Buduq kəndi Böyük Qafqaz silsiləsində olduğu üçün burada qarın hündürlüyü 55 sm-dir. Hazırda qarın yağması davam edir.

Quba FHK Komissiyasının sədri Yusif Abidov "Report"un şimal bölgə müxbirinə açıqlamasında bildirib ki, "qar güclənsə çətinliklər yaranacaq, ancaq bununla bağlı tədbirlər görüləcək."

Son xəbərlər

Orphus sistemi