Quba-Xınalıq yolu açılıb - FOTO

Quba-Xınalıq yolu açılıb - FOTO Güclü qar səbəbindən bağlanan Quba-Xınalıq yolu açılıb
Ekologiya
4 Dekabr , 2015 22:44
Quba-Xınalıq yolu açılıb - FOTO

Bakı. 4 dekabr. REPORT.AZ/ Dünən gecə saatlarından Quba-Xınalıq yolunun qardan təmizlənməsi və açılması üçün əraziyə texnika və canlı qüvvə cəlb olunub.

Texnikanın köməkliyi ilə saat 22- radələrində Xınalıq istiqamətində avtomobillərin hərəkəti üçün yaranmış məhdudiyyət tam aradan qaldırılıb.

6 saylı Yİİ-nin bu yol üzrə sahə rəisi Bilal Sultanov "Report"a bildirib ki, davamlı yağan qar onlar üçün çətinliklər yaradıb, ancaq nəticədə yol açılıb, asfalta qum və duz səpilib.

"Bununla belə sürücülər Quba-Xınalıq istiqamətindən mümkün olduğu qədər az istifadə etsinlər. Çünkü yol tam təmizlənsə də asfaltı buz bağlayıb və təhlükəlidir", - deyə Bilal Sultanov qeyd edib.

Son xəbərlər

Orphus sistemi