Baş hidroloq: "Qeyri-sabit hava şəraiti mayın 15-i gündüzədək davam edəcək"

Baş hidroloq: "Qeyri-sabit hava şəraiti mayın 15-i gündüzədək davam edəcək" Ötən günlərdə ən çox yağıntı Böyük Qafqazda qeydə alınıb
Ekologiya
12 May , 2015 10:47
Baş hidroloq: Qeyri-sabit hava şəraiti mayın 15-i gündüzədək davam edəcək

Bakı. 12 may. REPORT.AZ/ Ötən günlər ərzində respublikanın bəzi ərazilərində yağış yağıb, əksər vaxtlarda yağıntı intensiv olub. Ən çox yağıntı isə Böyük Qafqazda qeydə alınıb. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Baş hidroloq bildirib ki, temperatur rejimində elə bir mühüm dəyişiklik müşahidə olunmayıb: "Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim norması daxilində tərəddüd edir. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i gündüzədək davam edəcəyi gözlənilir". 

Son xəbərlər

Orphus sistemi