​Qəbələdə su idarəetməsinin iqlim dəyişmələrinə uyğunlaşdırılması üzrə təlim keçirilib

​Qəbələdə su idarəetməsinin iqlim dəyişmələrinə uyğunlaşdırılması üzrə təlim keçirilib Belə tədbirlərin əhalinin bu istiqamətdə maarifləndirilməsinə kömək edəcəyi bildirilib
Ekologiya
5 Avqust , 2015 20:00
​Qəbələdə su idarəetməsinin iqlim dəyişmələrinə uyğunlaşdırılması üzrə təlim keçirilib

Bakı. 5 avqust. REPORT.AZ/ Qəbələ rayonunda “İqlim dəyişmələrinə uyğunlaşdırılmanın aləti kimi suların inteqrasiyalı idarəetməsi” mövzusunda təlim keçirilib.

BMT-nin Bakı ofisindən "Report"a verilən məlumata görə, tədbir BMT-nin İnkişaf Proqramı (UNDP) və Fövqəladə Hallar Nazirliyinin “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” adlı birgə layihəsi çərçivəsində təşkil olunub.

Tədbirdə çıxış edən UNDP-nin strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev su və sel inteqrasiyalı idarəetmənin dövrün iqlim dəyişmələrinə müvafiq qurulmasını bu sahədə müsbət nəticələr əldə etməkdə vacib olduğunu bildirib və keçirilən təlimin ölkə səviyyəsində böyük töfhələr verəcəyini xüsusi qeyd edib.

FHN-in Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Baba Azakov qeyd edib ki, belə tədbirlərin regionlarda tez-tez və davamlı olaraq keçirilməsi əhalinin bu istiqamətdə maarifləndirilməsinə kömək edəcək.

Təlim zamanı iştirakçılar iqlim dəyişikliyi haqqında məlumatlandırılıb və bunun təsirinin azalması istiqamətində ətraflı müzakirələr aparıblar. İştirakçılar həmçinin Su Ehtiyatlarının İnteqrasiyalı İdarəetməsi modeli və ondan istifadə vasitələri haqqında ətraflı məlumatlandırılıb.

Təlimdə FHN, Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, "Azərsu" ASC, UNDP, icra hakimiyyəti və yerli icmaların nümayəndələri, layihənin beynəlxalq və yerli ekspertləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi