ABŞ-da soyuqdan ölənlərin sayı 23-ə çatıb

ABŞ-da soyuqdan ölənlərin sayı 23-ə çatıb Minessota ştatının Embaras şəhərində temperatur göstəricisi mənfi 40-a qədər enib
Ekologiya
21 Fevral , 2015 06:05
ABŞ-da soyuqdan ölənlərin sayı 23-ə çatıb

Bakı. 21 Fevral. REPORT.AZ/ ABŞ-ın şərqində hökm sürən qarlı-şaxtalı hava artıq 23 nəfərin ölümünə səbəb olub.

"Report"un TASS agentliyinə istinadla verdiyi xəbərə görə, ölüm faktlarının əksəriyyəri (18) Tennesi ştatının payına düşüb.

ABŞ-ın ən soyuq yeri ötən gün Minessota ştatının Embaras şəhəri olub. Burada temperatur göstəricisi mənfi 40-a qədər enib.

Meteoroloqlar soyuq hava şəraitinin ən azı 2-3 gün davam edəcəyini proqnozlaşdırır.

Hazırda isə soyuq hava kütləsi ABŞ-ın daha 27 ştatına yayılaraq ümumilikdə 115 milyon insanın gündəlik həyatına mənfi təsir göstərir.

Son xəbərlər

Orphus sistemi