Prokurorluq orqanları əməkdaşları ağacəkmə kampaniyası keçiriblər

Prokurorluq orqanları əməkdaşları ağacəkmə kampaniyası keçiriblər Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə baş tutub
Ekologiya
25 Aprel , 2015 12:38
Prokurorluq orqanları əməkdaşları ağacəkmə kampaniyası keçiriblər

Bakı. 25 aprel. REPORT.AZ/ Bu gün Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə növbəti ağacəkmə kampaniyası keçirib. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində 3 hektar ərazidə beş yüzdən artıq eldar şamı və zeytun ağacları əkilib, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb.

Əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.  

Son xəbərlər

Orphus sistemi