​Professor: "Azərbaycanda plastik məhsulların yaratdığı mənfi təsirləri araşdıran yoxdur"

​Professor: "Azərbaycanda plastik məhsulların yaratdığı mənfi təsirləri araşdıran yoxdur" İslam Mustafayev: "Plastik material köhnəldikdən sonra kiçik mollekulu qazları buraxa bilir"
Ekologiya
18 İyul , 2016 18:05
​Professor: Azərbaycanda plastik məhsulların yaratdığı mənfi təsirləri araşdıran yoxdur

Bakı. 18 iyul. REPORT.AZ/ "Plastik materiallar kütləvi şəkildə məişətimizə daxil olsa da, Azərbaycanda bu məhsulların yaratdığı mənfi təsirləri araşdıran, bu sahə ilə məşğul olan yoxdur".

Bunu "Report"a açıqlamasında AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı, professor İslam Mustafayev bildirib.

Onun sözlərinə görə, tikinti materialları bu və ya digər formada insan orqanizminə təsir göstərə bilir. Belə ki, problemlər həmin materiallarda uçucu tozların olması, bəzi hallarda özündə radioniklutləri saxlaması, radonla bağlı ola bilər: "Ümumiyyətlə, tikinti materialları insan orqanizminə təsir göstərə bilər. Hazırda tikinti sahəsində geniş şəkildə plastik materiallara keçiblər. Bu cür materiallar yüksək davamlılığa malikdirlər. Həmin materiallar hazırlanarkən bütün qaydalara əməl olunmalıdır. Plastik material insan orqanizminə təsir göstərmədiyi halda sertifikatlaşdırılır. Söhbət zəmanətdən gedir. Həmin material nə dərəcədə istənilən normativlərə uyğun hazırlanır və onun dözümlülüyü imkan verirmi ki, ətraf mühitə molekulların ayrılması baş verməsin. Plastik materialda köhnəldikdən sonra kiçik mollekulu qazlar buraxmaq xüsusiyyəti var. Standartlara cavab verirsə onun təsiri çox olmalı deyil, amma bir çox hallarda kustar şəraitdə, texnoloji tələblərə cavab vermədən qazanc məqsədilə istehsal müəssisələri yaradılır. Belə hallarda çox təhlükəlidir. Əvvəla yanma təhlükəsi ola bilər. Kimyəvi maddələrin ayrılması təhlükəsi ola bilər". 

Son xəbərlər

Orphus sistemi