​Prezident Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb

​Prezident Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb Agentlik işçilərinin say həddi 45 ştat vahidi müəyyən edilib
Ekologiya
14 Sentyabr , 2015 22:30
​Prezident Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, qərarda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmuş Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartoqrafiya Fabriki Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin tabeliyinə verilməsi nəzərdə tutulub.

Sənəddə Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi işçilərinin say həddi 45 ştat vahidi müəyyən edilib.

Nazirlər Kabinetinə sözügedən agentliyin cari il üçün maliyyə təminatı ilə bağlı məsələləri on gün müddətində həll etmək, agentliyi müvafiq bina və zəruri avadanlıqlarla təmin etmək, prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırığı verilib.

Həmçinin bildirilir ki, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

Son xəbərlər

Orphus sistemi