Payızda qeyri-adi Günəş tutulması baş verəcək

Payızda qeyri-adi Günəş tutulması baş verəcək Ay Günəşin çox hissəsini bağlayaraq, ulduzun yalnız kiçik “alovlu” hissəsinin görünməsinə imkan verəcək
Ekologiya
17 İyun , 2016 10:39
Payızda qeyri-adi Günəş tutulması baş verəcək

Bakı. 17 iyun. REPORT.AZ/ İyunun 21-də insanlar təxminən yarım əsrdir müşahidə olunmayan hadisə ilə tanış olacaqlar.

“Report” Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən xəbər verir ki, həmin gün bədrlənmiş Ay və iyun gündönümü baş verəcək. Növbəti oxşar hadisə 2042-ci ildə gözlənilir. 

AMEA-nın məlumatına görə, yaxın günlərdə Yerin şimal yarımkürəsində Günəşin maksimal dərəcədə hündürlüyə qalxması, cənub yarımkürəsində isə maksimal dərəcədə aşağı enməsi qeydə alınacaq. Bu hadisədən bir müddət əvvəl bədrlənmiş Ay müşahidə olunacaq.

İyulun sonlarında isə gecə səmasını Delta-Akvarida adlı meteor axınları bəzəyəcək. 11 və 12 avqustda çoxsaylı "düşən ulduz”ları ilə fərqlənən Perseida meteor axını baş verəcək. Bu ecazkar astronomik hadisə zamanı saatda 100 meteor axını müşahidə olunacaq. 27 avqust tarixində teleskopsuz görünə bilinməyən Yupiter və Venera planetlərinin yaxınlaşması baş verəcək.

Payızın ilk günü isə qeyri-adi Günəş tutulması ilə yadda qalacaq. Bu vaxt Ay Günəşin çox hissəsini bağlayaraq, ulduzun yalnız kiçik “alovlu” hissəsinin görünməsinə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi