Ötən il ETSN-in “Qaynar xətt”inə daxil olan şikayətlərin sayı açıqlanıb

Ötən il ETSN-in “Qaynar xətt”inə daxil olan şikayətlərin sayı açıqlanıb Onlardan 3946-nı nazirliyin əməkdaşları yerində araşdıraraq qanunamüvafiq tədbirlər görüb
Ekologiya
22 Yanvar , 2016 10:57
Ötən il ETSN-in “Qaynar xətt”inə daxil olan şikayətlərin sayı açıqlanıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə ötən il ümumilikdə 4194 şikayət daxil olub. Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, onlardan 3946-nı nazirliyin əməkdaşları yerində araşdıraraq qanunamüvafiq tədbirlər görüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.

Daxil olan şikayətlər əsasən ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi, səs-küy səviyyəsinin normadan artıq olması və s. ilə əlaqədar olub.

Belə ki, il ərzində Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilən 2169 şikayətdən 2062-si, Dövlət Ekspertiza İdarəsinə göndərilən 1129 şikayətdən 1120-si, Meşələrin İnkişafı Departamentinə göndərilən 371 şikayətdən 332-si, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilən 114 şikayətdən 113-ü, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilən 318 şikayətdən 237-si, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilən 37 şikayətdən 33-ü, İstehsalat Siyasəti Şöbəsinə göndərilən 25 şikayətdən 24-ü, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilən 26 şikayətdən 20-si üzrə araşdırma başa çatıb və qanunamüvafiq tədbirlər görülüb, qalan şikayətlərin araşdırılması isə hazırda davam etdirilir.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilən 3 şikayət, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarət Xidmətinə göndərilən 2 şikayət araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi