Ötən il Azərbaycanda təbiəti mühafizə qanunvericiliyini pozduğuna görə məsuliyyətə cəlb olunan şəxslərin sayı açıqlanıb

Ötən il Azərbaycanda təbiəti mühafizə qanunvericiliyini pozduğuna görə məsuliyyətə cəlb olunan şəxslərin sayı açıqlanıb Onlar 727,2 min manat cərimə olunublar
Ekologiya
21 Yanvar , 2016 11:26
Ötən il Azərbaycanda təbiəti mühafizə qanunvericiliyini pozduğuna görə məsuliyyətə cəlb olunan şəxslərin sayı açıqlanıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanda təbiəti mühafizə qanunvericiliyini pozduğuna görə məsuliyyətə cəlb olunan şəxslərin sayı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı illik hesabatda bildirilib.

2015-ci ildə təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə 579 nəfər vəzifəli şəxs və vətəndaş inzibati məsuliyyətə cəlb olunub. Onlardan 727,2 min manat məbləğində cərimə tutulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri ötən il 1496 müəssisədə müvafiq müayinələr aparıb. Nəticədə su hövzələrinin və atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunan hər üç müəssisədən birində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunan hər iki müəssisədən birində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi