Ötən il Azərbaycanda 34 582 kubmetr həcmində oduncaq tədarük olunub

Ötən il Azərbaycanda 34 582 kubmetr həcmində oduncaq tədarük olunub Meşə fondu torpaqlarının istifadəsi ilə əlaqədar fiziki və hüquqi şəxslərlə 153 müqavilə bağlanıb
Ekologiya
8 Fevral , 2016 16:06
Ötən il Azərbaycanda 34 582 kubmetr həcmində oduncaq tədarük olunub

Bakı. 8 fevral. REPORT.AZ/ Ötən il köküstə tam qurumuş ağacların hesabına 27858 kubmetr, meşələrin tör-töküntüdən təmizlənməsi hesabına 6724 kubmetr, ümumilikdə müəssisələrdə 34 582 kubmetr həcmində oduncaq tədarük olunub.

"Report" xəbəbr verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin illik hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, meşə fondu torpaqlarının istifadəsi ilə əlaqədar ümumi sahəsi 435,7 hektar olmaqla fiziki və hüquqi şəxslərlə 153 müqavilə bağlanıb. Bu müqavilələr üzrə 31673 manat məbləğində (istirahət-rekreasiya məqsədilə istifadəyə verilən 117,4 hektar sahə üçün 26422 manat, kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi məqsədilə istifadəyə verilən 318,3 hektar sahə üçün 5251 manat) istifadə haqqı hesablanıb.

Son xəbərlər

Orphus sistemi