Nazirlik ölkədə hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib

Nazirlik ölkədə hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib Sabah paytaxtda hava küləkli olacaq
Ekologiya
5 Avqust , 2015 13:31
Nazirlik ölkədə hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib

Bakı. 5 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Nazirlikdən "Report"a verilən xəbərə görə, avqustun 6-da şimal-qərb küləyinin arabir güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.

Xatırladaq ki, sabah avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi