Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq edib: yollar buz bağlayacaq, çovğun gözlənilir

Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq edib: yollar buz bağlayacaq, çovğun gözlənilir Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq
Ekologiya
20 Fevral , 2015 13:05
Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq edib: yollar buz bağlayacaq, çovğun gözlənilir

Bakı. 20 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən “Report”a bildirilib ki, fevralın 23-dək ölkə ərazisində güclü küləkli, soyuq, fasilələrlə yağıntılı, qarlı hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Qeyd edək ki, fevralın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, güclü küləkli keçəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Fevralın 21-də Azərbaycanın rayonlarında isə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Son xəbərlər

Orphus sistemi