Nazirin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Nazirin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib Görüş yanvarın 30-u saat 10:00-da Sabirabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək
Ekologiya
22 Yanvar , 2015 16:57
Nazirin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Bakı. 22 yanvar. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Sabirabad şəhərində Sabirabad, Saatlı, Hacıqabul rayonlarında və Şirvan şəhərində yaşayan vətəndaşlarla yanvarın 23-nə nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Görüş yanvarın 30-da, saat 10:00-da Sabirabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları xahiş olunur.         

Son xəbərlər

Orphus sistemi