​Nazir ovçulara ciddi xəbərdarlıq edib

​Nazir ovçulara ciddi xəbərdarlıq edib "Lazım gəlsə ən ağır tədbirlər görüləcək"
Ekologiya
5 İyun , 2015 12:01
​Nazir ovçulara ciddi xəbərdarlıq edib

"Lazım gəlsə ən ağır tədbirlər görüləcək"

Bakı. 5 iyun. REPORT.AZ/ "Azərbaycanda son zamanlar ağac kəsintisi xeyli azalıb". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Nazirin sözlərinə görə, ağac kəsilməsi artıq ciddi ekoloji problem kimi gündəmdə deyil: "Çünki bu gün rayonlarda demək olar ki, yanacaq kimi odundan istifadə olunmur. Digər tərəfdən, mühafizə tədbirləri olduqca gücləndirildi və ağır cəza tədbirləri öz effektini kifayət qədər yaxşı göstərdi. Eyni zamanda, mebel sənayeçiləri başa düşdü ki, yerli materiallardan istifadə etmək onlar üçün demək olar mümkünsüzdür. Bu səbəbdən, onlar bu fikirlərindən əl çəkdilər. İqtisadiyyatlarını ölkəyə xammal gətirmək üzərində qurublar".

H.Bağırov, həmçinin ov mövsümünün başlanması ilə əlaqədar ovçulara da xəbərdarlıq edib: "Ovçular elə bilməsinlər ki, mövsüm başladı və nəzarət zəif olacaq. Əmin olsunlar ki, qanunsuz ovlara qarşı ciddi mübarizə aparılacaq. Lazım olsa ən ağır tədbirlər görüləcək. Ov ovçuların həvəsinin təmin olunmasından ibarət deyil. Burada təbii ki, qarşılıqlı maraqlar olmalıdır".

Son xəbərlər

Orphus sistemi