Nazir Hüseyn Bağırov Mingəçevirdə vətəndaşları qəbul edəcək

Nazir Hüseyn Bağırov Mingəçevirdə vətəndaşları qəbul edəcək Qəbulda Mingəçevir, Ağdaş, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan sakinlər iştirak edə bilər
Ekologiya
14 Dekabr , 2015 13:34
Nazir Hüseyn Bağırov Mingəçevirdə vətəndaşları qəbul edəcək

Bakı. 14 dekabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Mingəçevirdə vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən "Report"a bildirilib ki, görüş dekabrın 23-də saat 10:00-da Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olacaq.

Qəbulda Mingəçevir, Ağdaş, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan sakinlər iştirak edə bilər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün "[email protected]" və "[email protected]" elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, həmçinin Mingəçevir şəhəri 8 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 71, əlaqə telefonları: 024-27-4-68-98, 050-675-14-24, 050-287-06-22) xahiş olunur. 

Son xəbərlər

Orphus sistemi