Bakı. 24 dekabr. REPORT.AZ/ “2015-ci ilin əvvəllərində peykdən əldə etdiyimiz şəkillərdən əmin olduq ki, Azərbaycanda sürətli qazlaşma hesabına son 10 ildə meşələrin qırılmasının qarşısı alınıb. 10 ildə 100 min hektardan çox yeni meşələr salınıb, ağac əkilib və digər şəraitlər yaradılıb. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
Onun sözlərinə görə, qısa zamanda meşə örtüyü əraziləri 12 faizə çatacaq.
Nazir, həmçinin qeyd edib ki, qazlaşdırma olmasaydı, nazirliyin meşələrin məhv edilməsinə qarşı mübarizəsi bu qədər uğurlu alınmazdı: “Kəndlər, şəhərlər, əhalisi çox olan ərazilərdə sakinlər qışda bizim tələbimizə qulaq asmazdı. Qazlaşma kömək etdi ki, aparılan tədbirlər effektli olsun”.