Azərbaycanda baş vermiş meşə yanğınlarının səbəbləri açıqlanıb

Azərbaycanda baş vermiş meşə yanğınlarının səbəbləri açıqlanıb "İki gün davam edən yanğınlar olsa belə, böyük fəlakətlərə səbəb olmadı"
Ekologiya
24 Dekabr , 2014 12:24
Azərbaycanda baş vermiş meşə yanğınlarının səbəbləri açıqlanıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Meşə yanğınları bu il havanın quraq keçməsi ilə bağlı oldu. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Nazir bildirib ki, bu il böyük yanğınlar baş verməsə də, ucqar, əlçatmaz yerlərdə meşə ərazisindəki kol-kos yandı: "Fövqəladə Hallar Nazirliyi ilə yanğınların qarşısını ala bildik. İki gün davam edən yanğınlar olsa belə, böyük fəlakətlərə səbəb olmadı".

H.Bağırov deyib ki, meşə yanğınlarının əsas səbəbkarı insanlardır: "Onlar istirahət edən zaman ocaq yandırır və onu tam söndürmədən ərazidən uzaqlaşırlar. Bu baxımdan biz öz fəaliyyətimizi qurmuşuq".
Nazir bildirib ki, yanğınlar həm dairəvi ildırım çaxması, bir neçə ağacların budaqlarını birləşdirərək qığılcım yaranmasına və yanğına səbəb olur. Yanğınların digər səbəbi təbii hadisələr zamanı da, baş verə bilər.

Son xəbərlər

Orphus sistemi