Masallı sakinləri 2 qaşqaldaq ovladıqlarına görə 2000 manat cərimələnib

Masallı sakinləri 2 qaşqaldaq ovladıqlarına görə 2000 manat cərimələnib Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə respublika ərazisində reydlər davam etdirilir
Ekologiya
3 Mart , 2015 16:19
Masallı sakinləri 2 qaşqaldaq ovladıqlarına görə 2000 manat cərimələnib

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən növbəti reydlər keçirilib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Qəbələ rayonu ərazisində keçirilən reyd zamanı ov edən Qəbələ rayonu Nic qəsəbə sakini Olik Seyranov saxlanılıb və ondan 1 ov tüfəngi götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində keçirilən reyd zamanı ov edən Masallı rayon sakinləri Zamin Abbasov və Yaşar Qafarov saxlanılaraq onlardan 2 ov tüfəngi, 51 patron və 2 ədəd ovlanmış qaşqaldaq quşu götürülüb. Qanun pozucuları barəsində müvafiq qaydada akt, protokol tərtib olunub və təqsirkar şəxslər ümumilikdə 2000 manat məbləğində cərimə edilib.

Qəbələ rayonu Kürd kəndi ərazisində keçirilən reyd zamanı isə ovla məşğul olan Qəbələ rayonu Mamayıl kənd sakini Şafiq Zahidov saxlanılıb və ondan 1 ov tüfəngi götürülüb. İnzibati xətaya yol vermiş şəxs barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə respublika ərazisində reydlər davam etdirilir.           

Son xəbərlər

Orphus sistemi