Martın 10-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Martın 10-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Bakıda havanın temperaturu gecə 1-3, gündüz 8-12 dərəcə isti olacaq
Ekologiya
9 Mart , 2015 12:21
Martın 10-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 9 mart. REPORT.AZ/ Martın 10-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1-3, gündüz 8-12 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi