Azərbaycanda leysan yağışları yağacaq, temperatur aşağı düşəcək

Azərbaycanda leysan yağışları yağacaq, temperatur aşağı düşəcək Havanın temperaturu tədricən 4-8 dərəcə aşağı enəcək
Ekologiya
15 İyul , 2015 13:03
Azərbaycanda leysan yağışları yağacaq, temperatur aşağı düşəcək

Bakı. 15 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan ərazisində iyulun ikinci ongünlüyünə olan hava proqnozunu açıqlayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, iyulun 16-sı gündüzdən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.

Havanın temperaturu tədricən 4-8 dərəcə aşağı enəcək.

Son xəbərlər

Orphus sistemi