Kağız tullantıların toplanmasına həsr olunmuş növbəti “Yaşıldağ” sosial aksiyası keçirilib

Kağız tullantıların toplanmasına həsr olunmuş növbəti “Yaşıldağ” sosial aksiyası keçirilib Aksiya çərçivəsində 250 tona yaxın kağız tullantısı yığılıb
Ekologiya
14 May , 2016 19:04
Kağız tullantıların toplanmasına həsr olunmuş növbəti “Yaşıldağ” sosial aksiyası keçirilib

Bakı. 14 May. REPORT.AZ/ Mayın 14-də IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatı dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş növbəti “Yaşıldağ” sosial aksiyası keçirilib. 

Agentlikdən “Report”a verilən məlumata görə, tədbirdə çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, “Yaşıldağ” social aksiyası təkcə Bakıda deyil, Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində də keçirilib.

Aksiya çərçivəsində bu günədək 250 tona yaxın kağız tullantısı yığılıb ki, bu da 4250 şamağacının təbiətə qaytarılması deməkdir.

Tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, təhsil nazirinin müavini Firudin Qurbanov aksiyanın əhəmiyyətindən danışaraq hər kəsi kağız israfını azaltmağa, ağacların qorunmasına, təbiətin mühafizəsinə dəstək olmağa çağırıblar.

Daha sonar çıxış edən “Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdulbari Gözəl layihəyə dəstək olmaq da nməmnun olduğunu və gələcəkdə bu cür layihələrə dəstək olacaqlarını vurğulayıb.

Sonda çıxış edən IDEA İctimai Birliyinin baş koordinatoru Fərid Cəfərov bildirib ki, Azərbaycanda ekoloji balansın qorunması üçün bir çox uğurlu layihələr həyata keçirilib. Son 5 ildə isə IDEA İctimai Birliyi tərəfindən 5 milyondan çox ağac əkilib.

Qeyd edək ki, aksiyada fəal iştirak edən vətəndaşlara 600-ə yaxın şam ağacları paylanılıb. “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində baş tutan aksiyanın keçirilməsində məqsəd ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməkdir.

Son xəbərlər

Orphus sistemi