IDEA İctimai Birliyi Buzovna çimərliyi ərazisində təmizlik aksiyası təşkil edib

IDEA İctimai Birliyi Buzovna çimərliyi ərazisində təmizlik aksiyası təşkil edib “Çimərliklərimizi təmiz saxlayaq!” şüarı altında təmizlik aksiyası keçirilib
Ekologiya
1 İyun , 2015 11:07
IDEA İctimai Birliyi Buzovna çimərliyi ərazisində təmizlik aksiyası təşkil edib

Bakı. 1 iyun. REPORT.AZ/ IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC tərəfindən Buzovna çimərliyi ərazisində “Çimərliklərimizi təmiz saxlayaq!” şüarı altında təmizlik aksiyası keçirilib. “Report”un xəbərinə görə, tədbirin məqsədi çimərlik ərazilərindəki tullantıların toplanması, gənclərin təbiətin təmiz saxlanılmasına cəlb olunması, eyni zamanda, insanları ətrafı zibilləməməyə çağırmaq olub.

Aksiya zamanı iştirakçılar bütün sanitar normalara cavab verən ləvazimatlarla təchiz olunub. Onların topladıqları tullantılar xüsusi nəqliyyat vasitələri ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

Çimərlik və istirahət mövsümünün yaxınlaşması ilə əlaqədar IDEA İctimai Birliyi hər kəsi təbiətin bizə bəxş etdiyi nemətlərdən səmərəli şəkildə istifadə etməyə və gələcək nəsillərin sağlamlığı naminə ətraf mühitə zərər vurmamağa çağırır.

Son xəbərlər

Orphus sistemi